İNQİLABİsif. 1. İnqilaba aid olan, inqilab mahiyyəti daşıyan, inqilab ruhlu. Inqilabi bayram. Inqilabi himn. Inqilabi mahnılar.
“Molla Nəsrəddin” inqilabi demokratizmin ifadəçisi və mərkəzi idi. M.İbrahimov. Texnoloji institutda çoxdan bəri inqilabi əhval-ruhiyyə kök salmağa başlamışdı. M.Hüseyn. 2. İnqilab ideyalarını ifadə edən; inqilabçı. Inqilabi sinif. Inqilabi xadim. Inqilabi ordu. Inqilabi qüvvələr. // İnqilabı həyata keçirməyə doğru yönəldilmiş, inqilab yaratmaq məqsədini daşıyan. Inqilabi mübarizə. Inqilabi çıxış. Inqilabi çevriliş. - Inqilabi hərəkatın getdikcə güclənməsi çar mütləqiyyətini qorxutmuşdu. A.Şaiq. // İnqilab nəticəsində meydana gəlmiş, inqilabın yaratmış olduğu. Fəhlə sinfinin inqilabi diktaturası. Inqilabi qanunlar. Inqilabi təşkilatlar. Inqilabi hökumət. Paylaşın - Hamı bilsin
|