İNKİSARis. [ər.] 1. Qırılma, sınma. // fiz. köhn. İşıq şüalarının şəffaf bir şeyin içindən keçərkən sınması, istiqamətini dəyişməsi.
2. məc. Qəlbi qırılma, ürəyi sınma, incimə, xatirinə dəymə. □□ İnkisari-xatir (qəlb) - könlü sınma (qırılma), ürəyi sınma. İnkisari-xəyal gözlədiyi ümidlərin, arzuların boşa çıxması dolayısı ilə insanda doğan məmnuniyyətsizlik hissi; məyusluq, ümidsizlik. Görünür ki, Fərhadı inkisari-xəyala salan ən əsas fakt rəiyyətin halı deyil, özünün çıxılmaz vəziyyəti, gücsüzlüyü, əmisinin arzularına oyuncaq olmasıdır. Ə.Haqverdiyev. ..Paşa atasını inkisari-xəyala uğratmamaq üçün onun sözlərini ucadan təsdiqlədi. M.Hüseyn. Küçəyə çıxdıqda, zülmət içində addımladıqda ani bir inkisari-xəyal məni aldı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|