İzahlı lüğət

İLDIRIM

is. Havada yığılmış atmosfer elektrikinin çox vaxt əyri-üyrü zolaq şəklində ani parıltısı. Ildırım çaxmaq. Ildırım vurmaq. - [Almaz:] Bax gör, ildırım necə vurur! C.Cabbarlı. Eyni anda ildırım. çaxıb sel-su axan çölü gündüz kimi işıqlandırdı. İ.Əfəndiyev.
□□ İldırım kimi - çox tez, çox iti, çox cəld, çox sürətlə. Ildırım kimi qaçmaq. - At qaratikanlığı yarıb, ildırım kimi süzüb, ilxıçının yanında dayandı. “Koroğlu”. Tamaşa qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəfi qaçır. S.S.Axundov. Hüseyn pilləkənləri ildırım kimi yuxarı qalxdı. S.Rəhman. İldırım sürəti ilə - çox iti, çox sürətlə, çox tez, çox cəld. Ildırım sürəti ilə hərəkət etmək. - [Çopo:] ..[Quzatayın] ordunun qüvvəli bir hissəsini götürərək qarşı dağın arxasına çəkilməsi xəbəri ildırım sürəti ilə yayılmağa başladı. Çəmənzəminli. Buludlar arxasında daldalanıb .. fürsət gözləyən üç “M-109” birdən ildırım sürəti ilə şığıdı. Ə.Vəliyev. İldırım vurmuş kimi - bax ildırım kimi. Ildırım vurmuş kimi yerindən sıçradı, qalxdı. H.Nəzərli. Elə bil ildırım (kimi, təki) vurdu - bərk, şiddətli təsir, sarsıtma mənasında. Şahsənəm bu sözü Qəribdən eşidən kimi elə bil onu ildırım vurdu. “Aşıq Qərib”. [Gülçöhrə:] [Arşınmalçının] gözü gözümə sataşanda, elə bil ki, ildırım kimi məni vurur. Ü.Hacıbəyov. Bu söz ildırımtək onları vurdu; Bağrını kababdan betər qovurdu. H.K.Sanılı. İldırım sipəri - binanı, qurğunu və s.-ni ildırım zərbəsindən qorumaq üçün yerlə birləşdirilmiş şaquli metallik mil şəklində qoruyucu. Üstünə ildırım düşsün (çaxsın)
qarğış, nifrin ifadəsi. [Fatma xanım:] Ay səni öyrədənin üstünə ildırım düşsün! N.Vəzirov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed