İRAD1is. [ər.] Söyləmə, demə, danışma. İrad eləmək (etmək) - demək, söyləmək. Ingiltərə vaizi Ser Deterdinq öz moizələrinin birində irad edirmiş ki, dünyada neft iki qisimdir. C.Məmmədquluzadə. [Xarrat:] Əfəndim, irad etdiyim bu sözlər xilafı-həqiqət ki deyildir? T.Ş.Simurq. [Kərəmov:] Orada nitq irad elədi, qəzetə düşdü, indi də budur, qayıdır, deməli, təzədən düşəcəyik işə. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|