İzahlı lüğət

İNZİVA

is. [ər.] klas. Xəlvət bir yerə çəkilib adamlardan uzaqlaşma, xarici aləmlə əlaqəsini kəsmə. □ İnzivaya çəkilmək bir guşəyə çəkilib, dünya ilə əlaqəsini kəsmək. [Süleyman] deyərdi ki, rəvayətə görə, .. onun övladından biri başını götürüb qaçmış.. Bu Abşeronda, sahildə, qayalıqlarda inzivaya çəkilmiş. Hər kəsdən uzaq həyat sürmüş və ölmüşdür. Ə.Məmmədxanlı. Onun sonsuz dərdləri yetişmədi davaya; O qayıdıb evinə çəkildi inzivaya. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed