İPLİKis. 1. Pambıq lifindən hazırlanan möhkəm, davamlı sap. Pambıq iplik. - Uşağın iki əlinin baş barmaqlarını iplik ilə birbirinə bağlayıb sonra ipliyi kəsirlər. Ə.Haqverdiyev. [Ayna:] Budur, boyatmaq üçün iplik aparıram. Ə.Məmmədxanlı.
2. Sif mənasında. Həmin sapdan toxunmuş, hazırlanmış. Iplik tor. - Ala iplik çuvalları heç kəs tanımır, hamı mat qalıb çiynini çəkirdi. B.Bayramov. □□ İplik kimi dolaşmaq - qarışmaq, birbirinin içinə keçmək. Hatəm dayı .. təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|