İzahlı lüğət

İNCİ

is. 1. Bəzi molyuskların balıq-qulaqlarından çıxarılan ağ və ya çəhrayı (nadir hallarda qara) rəngli dənələr şəklində qiymətli sədəf maddəsi; mirvari, dürr. // Həmin maddədən hazırlanan qiymətli qadın bəzəyi (muncuq). Nə göyçək yaraşır, nə xoş görünür; Mina, inci kəmər bel arasında. Q.Zakir. [Qətibə] baş örtüsünün qarşısına almaz, yaqut və incilərdən düzülmüş bir cıqqa taxmışdı. M.S.Ordubadi. Ləpələrin qucağında dolaşdım axşam-səhər; Gözlərimi qamaşdırdı dibindəki incilər. B.Vahabzadə.
məc. Çox qiymətli şey haqqında. Yığır öz əliylə torpaq altından; Yerdə gizlədilmiş o inciləri. S.Vurğun.
məc. Təşbehlərdə: saflıq, təmizlik parlaqlıq mənasında. Inci tər. - Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət. Yenə ay işığında qumlar sanki incidir. N.Rəfibəyli. ..Məxmər otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə. // Eyni mənada dişlər haqqında. Dəhanın sədəfdir, dişlərin inci; Sanasan ağzınpüstədir, ay qız! M.P.Vaqif. Bir xoş yerişlinin, inci dişlinin; İncə baxışlının, tər qumaşlının; Bir allı, güllünün dağı məndədir. Aşıq Rəcəb. Rozanın dodaqları qaçdı, qaranlıqda onun ağ, inci dişləriparıldadı. S.Rəhimov.
□□ İnci kimi (təki) - kiçik, təmiz və düzgün. Aygün oxuduqca nəzər saldı ki; İncitək düzülmüş sözlər yanaşı. S.Vurğun. ..Çobanın təkcə gözləri, bir də inci kimi düzülmüş saf dişləri ağarırdı. İ.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed