İNCƏLMƏKf 1. Arıqlamaq, zəifləmək, üzülmək. Füzuli zülfünə bağlandı, əmma öndə incəldi; Ki, guya zəf onu həm zülfünə bir tari-mu eylər. Füzuli. Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan; Incəldi uşağım. M.Ə.Sabir. // Nazikləşmək, zərifləşmək, daha incə olmaq. Çəltiklər dirçəlibdir; Sünbüllər incəlibdir; Bu gün qəribə toy var; Bizə gəlin gəlibdir. (Bayatı). Elyar oxuduqca incəlir səsi; Məclis sükut edir ona hörmətlə. S.Vurğun.
Kövrəkləşmək, yumşalmaq. [Elxan:] Ürəyim çocuq kimi incəlmiş; Nəhayət, səni tapdım. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|