İzahlı lüğət

İNCİK

sif İncimiş, küsmüş, rəncidə, ürəyi sınmış. İncik baxış. İncik sual. - Tükəz qarı incik səsini ucaltdı. S.Rəhimov. // Zərf mənasında. Şirzad Pərşanın belə incik ayrılıb getməsindən qorxdu. M.İbrahimov. [Maral və Kəyan] incik ayrılmışdılar. Ə.Əbülhəsən. Şahpərinin son ümidi dəpuça çıxdı. O, incik halda dilləndi. B.Bayramov. İncik o1maq - incimək, küsmək, könlü sınmaq. Əzizim, gülşən olmaz; Bir güllə gülşən olmaz; Dost dostdan incik olsa; İnciyər, düşmən olmaz. (Bayatı). [Teymur ağa:] ..Xub, mən vəzirə nə eləmişəm ki, məndən incik olubdur? M.F.Axundzadə. İncik sa1maq - incitmək, küsdürmək, qəlbini qırmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed