İzahlı lüğət

İTİLƏMƏK

f 1. Kəsici alətləri bülövə, çarxa, qayışa və s.-yə çəkməklə yaxşı kəsər hala gətirmək, kəskin etmək. Bıçağı itiləmək. Baltanı itiləmək. Qayçını itiləmək.
Usta Hüseyn əllərini ətəklərinə silib götürdü ülgücü və başladı daşın üstə çəkib itiləməyə. C.Məmmədquluzadə. // Hər hansı bir şeyin ucunu şiş, iti, sivri hala salmaq. Ağacın ucunu itiləmək.
məc. Qızışdırmaq, ürəkləndirmək, öyrətmək. Səlim bəy hampalarnan bəyləri itiləyib dağıtdı kəndlərə. “Qaçaq Nəbi”.
məc. Kəskinliyini, təsir gücünü artırmaq, gücləndirmək. Onlar özləri üçün nüfuz qazanmağa, istismar silahını itiləməyə çalışırlar. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed