İTİ1. sif Yaxşı itilənmiş, kəskin, çox kəsici. Iti bıçaq. Iti balta. Iti ülgüc. Iti qılınc. // Ucu şiş, batıcı, deşici. Iti ox. Iti tikan. - . .Heç bir zaval görməyəcəyini [pişik] hiss etdi, iti caynaqlarını qabırğaya ilişdirdi. İ.Hüseynov.
sif Getdikcə sivriləşən, ucu sivri, şiş. Boz mərmərdən qayrılmış yazı cihazının üstündə iti (z.) qəddənmiş rəngli qələmlər görünürdü. M.Hüseyn. zərf və sif Çox sürətli; tez, cəld, bərk çaparaq. Iti sürmək. Iti yerimək. Iti danışmaq. - [Səməd] əllərini solmuş çuxasının qollarına qoyub, .. küçənin ortası ilə iti ötür. Çəmənzəminli. Ancaq Məzlum üsulluca restoranı tərk etdi, iti addımlarla buradan uzaqlaşdı. E.Sultanov. ..[Səmədin] beyni elə bil əvvəlkindən də iti işləməyə başlamışdı. İ.Hüseynov. // Sürətlə axan. Iti su. Iti çay. sif məc. Kəskin, nüfuzedici, çox təsirIti söz. Iti baxış. Iti səs. - Onun iti nəzərləri geniş üfüqlərə nüfuz edir. M.Hüseyn. Işlədi knyazın geniş qəlbinə; Aşığın ox kimi iti sözləri. M.Rahim. Bahadır öz gur və iti səsi ilə çağırdı.. S.Rəhman. // Çox şiddətli, bərk. Iti çovğunlardan sonra yaz fəsli gəldi. N.Nərimanov. sif məc. Tez qavrayan, tez başa düşən; fəhmli, qabil. Iti ağıl. Iti zehni var. - Onun hazırcavablığı və açıqlığı, iti fikir sahibi olması bizə nə qədər xoş gələrdi.. M.İbrahimov. iti-iti zərfi Sürətlə, cəld, tez-tez. Iti-iti axmaq. Iti-iti yazmaq. Iti-iti danışmaq. Tramvay sürətini artırdıqca [Tahirin] də fikri iti-iti işləməyə başlayırdı. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|