İDEALİZƏ[fr.]: idealizə etmək- bir şeyi, həqiqətdə olduğundan daha yaxşı bir şəkildə təsvir etmək, göstərmək; əsassız yerə şişirtmək, tərifləmək, ideal bir şey kimi qələmə vermək; ideallaşdırmaq. Axundov nəinki çarizmə, hətta müəyyən dərəcədə idealizə etdiyi Qərb tərəqqisinə, burjua cəmiyyətinə də gözüyumulu yanaşmır. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|