.....i_l_by_id_with_comments İDEAL sözünün izahı / İDEAL sözünün mənası

İzahlı lüğət

İDEAL

is. [fr.] 1. Ən yüksək məqsəd; qayə, amal. Yüksək ideallar uğrunda mübarizə. - Yazıçının yüksək idealı işıqlı bir ulduz kimi bizi irəliyə səsləyir. M.Arif. [Kərim xan Xavərə:] Mənim idealım gələcək gündür, biz o günə çatacağıq. M.Ibrahimov. [Hüseyn:] ..Səhnə mənim məqsədim, idealım və qəlbimdir. S.Rəhman.
Bir şeyin ən gözəl, ən yaxşı, ən mükəmməl nümunəsi. Indi Bakı [gənclər] üçün işıq və bilik mənbəyi olmuşdur, hamısı buraya ideal kimi baxır. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....