İzahlı lüğət

İDBAR

[ər.] 1. sif Çirkin, kifır, eybəcər. Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi; Vaqqıldama bayquş kimi, idbar dilənçi. M.Ə.Sabir. Mahmuda atası öləndən sonra yalnız bir bacı qalmış ki, o da indi kifirin və idbarın biridir və heç kəs də onu almaq istəməyir. B.Talıblı.
is. klas. Bəxtsizlik, talesizlik, uğursuzluq, düşkünlük, tale dönüklüyü (iqbal ziddi). Getdi başından, könül, ol sərv qəddin sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın sənin. Füzuli. Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq; Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! M.P.Vaqif. Nəql edim bir-bir sənə mən hər yerin əhvalını; Bax, düşün, gör onların idbarını, iqbalını. Ə.Qəmküsar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

İZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed