İNADLIsif. 1. Tərs, höcət, kəc, inadcıl, dediyindən əl çəkməyən. Mehriban inadlı bir qız idi. S.Hüseyn. Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır(dı). Mir Cəlal.
2. Əzmli, dəyanətli, səbatlı, qətiyyətli. Inadlı mübarizə. Inadlı müqavimət. Paylaşın - Hamı bilsin
|