.....i_l_by_id_with_comments
İNAD1. sif Əsassız olaraq dediyini yeritməyə çalışan, heç bir güzəştə getmək istəməyən; tərs, höcət. İnad adam. İnad xasiyyət. - [Qulu] xəsis, tamahkar, heç bir şeyə güzəştə getməyən, tərs və inad bir adam idi. A.Şaiq. [Böyükxanım:] Bax, özün bil, teleqram edərəm gəlsinlər! Amma Qulam xan da inadın birisidir. M.S.Ordubadi. □ İnad etmək (eləmək) - 1) sözünün üstündə durmaq, israr etmək, sözündən geri çəkilməmək; 2) tərslik etmək, höcət göstərmək, öz dediyini yeritməyə çalışmaq. Gülsəhər inad eləyir, Dildar isə hədə-qorxu gəlirdi. Ə.Vəliyev. İnad göstərmək - əzmli olmaq, dəyanət göstərmək, əzmindən dönməmək, sözünün üstündə durmaq, dediyindən əl çəkməmək. Doktor Qəbzi bəy yay zamanı Xansaray yaylağına gəlməməkdə elə bir inad göstərdi ki, hətta onun öz yavuq qohum-əqrəbası da bu işə məəttəl qalmışdılar. C.Məmmədquluzadə. İnad yeritmək - b a x inad etmək. [Həmzə:] [Səriyyə] də bizim ilə inad yeritsə, onda gərək bizəpapaq haram olsun. C.Cabbarlı. İnada durmaq - bax inad etmək. İnada düşmək - acığa düşmək, tərslik etmək, tərsliyi tutmaq. ..Əgər mənim uşaqlarımın biri inada düşüb, məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyim.. Məmmədquluzadə. İnadı yerə qoymaq - inadından, tərsliyindən əl çəkmək, razı olmaq. [Hacı:] Sən olasan Allah, ay Sərdar, dedi, - bu inadı yerə qoy, bu işlərə bir əncam çək! P.Makulu. // Is. mənasında. İnad adam, tərs adam, höcət adam. Gülsabahın atası çox inad adamdı. Ə.Vəliyev. [Əhməd:] Hacı, inadı var, xahiş eləyərsən, oxumaz. Nə illah eləyirsən, oxumayanda oxumaz! Inaddı! Mir Cəlal.
is. Əzm, dəyanət, səbat; əzmindən dönməmə. Belə hadisələr bizim inadımızı daha da artırmalıdır. H.Nəzərli. Yerli əhalinin inadından .. qəzəblənmiş şah vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi ona əmr etdi. İ.Əfəndiyev. İnadla şəklində zərf - mətanətlə, əzmlə, səbatla. Inadla mübarizə etmək. - O deyir: - Mənimdir bu ana torpaq; Vuruşur inadla əlində yaraq. M.Rahim. ..Məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov. Tez-tez çay keçmək nə qədər yorucu olsa da, onlar inadla irəliləyirdilər. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|