İNAMLIsif İnamı olan, qətiyyətli, əmin, arxayın, xatircəm. Onun ilıq səsi, inamlı səsi; Şəfəqi, şöləsi, məhrəm nəfəsi; Mənə qüvvə verdi, gəzdim, dolandım.. Ə.Cavad. [Fərhadoğlu] ağır və inamlı addımla gəzib əlini yenə Əmiraslan babanın çiyninə qoydu. S.Rəhimov. Inamlı və şad bir nəzərlə dostumun üzünə baxdım. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|