İNDİLİKzərfi 1. Hələlik, indiki halda, indiki vaxt üçün, hazırkı zamana görə. İndilik bu bəsdir. - İndilik hamı lazım deyil. Bir-iki nəfər öhdəsinə götürsə kifayətdir.. T.Ş.Simurq. İndilik bu danışıqları buraxsaq yaxşıdır. H.Nəzərli. İndilik tikintidə günəmuzd işləmək olar. Mir Cəlal.
2. İs. mənasında. İndiki hal, hazırkı vəziyyət. [Kərim baba:] [Qızıl itin] bir qardaş qədər mənə yaxşılığı keçmişdir. Sən bunun indiliyini görürsən. A.Şaiq. Paylaşın - Hamı bilsin
|