İzahlı lüğət

İNDİLİKDƏ

zərfi İndiki vaxtda, indiki şəraitdə, hələlikdə, hal-hazırda, hələlik. Möhtərəm “Rəhbər”in bu təvəqqeini biz indilikdə əmələ gətirə bilmərik.. C.Məmmədquluzadə. [İsmayıl:] ..İndilikdə klubun müdirliyini Yusif yoldaşa tapşırırıq. Mir Cəlal.
İNDİYƏDƏK, İNDİYƏCƏN zərfi Bu ana qədər, bu vaxta qədər, bu günə kimi. ..Keçən il Bakıda yığılan qırx beş min manatdan indiyədək bircə nəfər müsəlman acının qarnı doymayıb. C.Məmmədquluzadə. Gülbadam uşaqlıqdan indiyədək tamam başından keçəni göz qabağına gətirib, indi əri Məşədi Allahverənin yuxusuna öz yanında gülərdi. N.Nərimanov. İndiyəcən göydən gurultudan başqa bir kəsə bir cavab gəlməmişdi ki, Münəvvərə də gələ idi. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed