İzahlı lüğət

İNƏK

is. 1. Süd verən iri ev heyvanı, öküzün dişisi. Südlü inək. Qısır inək. Inək qatığı, qaymağı (inək südündən hazırlanan qatıq, qaymaq). - Rəna dərhal qollarını çırmayıb inəyi sağmaq üçün getdi. M.S.Ordubadi. ..Evin sağındakı qocaman qoz ağacı yanında inək mələdi. M.Hüseyn.
2. vulq. Çox kök, yöndəmsiz qadın, yaxud qorxaq və ya küt adam haqqında.
□□ İnək kimi sağmaq - özü üçün gəlir mənbəyi etmək, müntəzəm surətdə birinin pulunu, varını əlindən almaq, sorub çəkmək, istismar etmək. Bir sözlə, Molla Qasım Güllücə kəndini inək kimi sağıb yeyirdi. S.S.Axundov. // İstismar etmək. Hər il inək kimi sağılan torpaq gücdən düşmüşdü. (Qəzetlərdən).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed