İRİLƏŞMƏKf Daha iri olmaq; həcmcə, ölçücə, cüssəcə daha da böyümək; yekələnmək, irilənmək. Meyvələr gündən-günə yetişib iriləşir. - [Fərmanın] ortaboylu nazik vücudu getdikcə iriləşir, bədənindəki uşaq kövrəkliyi daha az hiss olunurdu. Ə.Sadıq. Göy yerə töküləcəkmiş kimi müdhiş bir gurultu qopdu. Əvvəl xırda, get-gedə iriləşən quşbaşı dolu yağdı. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|