İRİŞMƏK2f dan. Boş-boş gülmək, hırıldamaq; dişlərini ağartmaq. Ramazanov mənə yaxınlaşdı, məni tanıyıb, yalandan irişdi. S.Rəhman. Fərman Əhmədin üzünə mənalı-mənalı baxıb irişdi: - Ay lopabığ, yəqin oğurluq ətidir. Ə.Abasov. Mən də malları gündə dörd dəfə suya gətirəcəyəm,
deyə Yusif irişdi. B.Bayramov. irişə-irişə zərf Dişlərini ağardıb güləgülə, boş-boş gülə-gülə. [Vəli irişə-irişə:] Mən bilirəm, sən nə istəyirsən.. Ü.Hacıbəyov. Molla Qurban salam verəndə Fərrux diksinib başını qaldırdı və irişə-irişə dedi.. Ə.Vəliyev. Cılız, gödəkboy Əliqulu xoşa getmək üçün irişə-irişə dedi.. M.Süleymanov. Paylaşın - Hamı bilsin
|