İzahlı lüğət

İNTİHAR

is. [ər.] Özünü öldürmə. [Zəmanə] ..o qədər o biçarəni əzdi ki, axırda onu ya intihara, ya qara torpaq altına girməyə məcbur etdi. C.Cabbarlı. Indi onun simasında intihara qərar vermiş kimi küt bir durğunluq vardı. Mir Cəlal. □ İntihar etmək - özünü öldürmək. Yar-yoldaşlarından ar edəcək; Bəlkə axırda intihar edəcək. A.Səhhət. [Zeynal:] Mən intihar etmək ərəfəsindəyəm. S.Hüseyn. [Münəvvər:] Mənim əməlim yarımçıq qaldığı üçün dünyada qalmağı istəmirəm, bu dərdlər məni öldürəcəkdir, yainki intihar edəcəyəm. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed