İzahlı lüğət

İNTİZAR

is. [ər.] Həsrət içərisində gözləmə, səbirsizliklə gözləmə. Neçə rəfiqimüvafiqlə əlləşib içə mey; Nə kəsri-məclisimeydən, nə intizarı ola. S.Ə.Şirvani. On beş gün ayrılıq on beş il keçdi; Öldürdü intizar, gözüm yoldadır. Ə.Cavad. Intizar və səbirsizlik yenidən başlandı. Qantəmir. Qurtardı həsrət də, xoş intizar da. B.Vahabzadə. Intizar çəkmək - b a x intizar qalmaq. Aşıq saza nə qaldı? Ərzəm yazana qaldı; Bülbül intizar çəkər; Görəkyaza nə qaldı? (Bayatı). Tülui-mahtab üçün çəkərdim; Dəmadəmdən gecə çox intizarı. Əmani. Adamlar bu saat nəsə bir şey olacaq gümanı ilə intizar çəkirdilər. Mir Cəlal. // Gözləmək. Dağlara çıxmağa həkim qoymayır; Intizar çəkməsin dağ çiçəkləri. N.Rəfibəyli. Intizar qalmaq - nigaran olmaq, nigarançılıqla gözləmək. [Sara Bəhrama:] Bilmirsənmi ki, əmin qızı sənsiz darıxır, həm də intizar qalmışdım. C.Cabbarlı. Intizar qoymaq - gözləməyə məcbur etmək, nigaran qoymaq, gözlətmək. Zülfün tök belə, dilbər; Tumar çək telə, dilbər; Yetər intizar qoydun; Dolan gəl belə, dilbər. (Bayatı). Dedin ki, qoymaram aləmdə intizar səni. S.Ə.Şirvani. Intizar olmaq - b a x intizar qalmaq. Oldular intizar bir saat yarım. H.K.Sanılı. Intizara yetməmək - intizarını çəkdiyini görə bilməmək. Ölürəm qəlbimdə yar nişanası; Gözüm yolda intizara yetmədi. Aşıq Ələsgər. Intizardan qurtarmaq - nigarançılıqdan qurtarmaq, arzusu yerinə yetmək, rahatlanmaq. Bayatı səsi içəri dolanda Pərşan intizardan qurtarmış kimi dərindən sinəsini ötürdü. M.İbrahimov. Intizarında qalmaq, intizarını çəkmək - birini həsrətlə, yaxud nigarançılıqla gözləmək. [Leyla:] Bütün gün intizarında, gözüm həsrətdə qalmışdım. Ü.Hacıbəyov. [Sultan:] Dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz, qardaşoğlu! İ.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed