İzahlı lüğət

İNTİŞAR

is. [ər.] Yayma, yayılma. Amma [nə] hasil mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil. M.F.Axundzadə. // Nəşr olunma, çıxma, çap edilmə. “Molla Nəsrəddin “məcmuəsi 1906-cı ildən intişara başladı. □ İntişar etdirmək - yaymaq. Əjdərlə .. bu çap olunmuş ədəbiyyatı intişar etdirmək işində əsas rolu oynayırdı. S.Rəhman. İntişar etmək - yayılmaq. Əziz balalar! ..Məktəb vasitəsilə öyrəndigimiz elmləri, fənləri insanlar arasında intişar etmək fikrində bulunduq. N.Nərimanov. Onun [akasiyanın] açmış ağ çiçəklərindən xoş bir iy intişar edirdi. S.Hüseyn. Xalq musiqi yaradıcılığının ən çox intişar edən janrı mahnılardır. Ə.Bədəlbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed