İzahlı lüğət

İNTRİQA

[fr.] 1. Bir məqsədə (adətən pis məqsədə) yetmək üçün əlaltından görülən iş; hiylə, fitnə. Intriqa aparmaq. Intriqa qurbanı. - ..Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi. M.S.Ordubadi. [Tələbə:] Bir də, mən intriqa bilən adam deyiləm.. Qantəmir. [Yusif:] Deyirlər, sədrin əleyhinə intriqa düzəldirsən. B.Bayramov.
2. ədəb. Roman və ya dramda əsas hadisələrin çox dolaşıqlığı və gərginliyi cəhətdən fərqlənən süjet xətti, mövzunun düyünü.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed