İNTEL(L)İGENT[lat.] Ziyalı təbəqəsinə mənsub adam (bəzən istehza yerində işlənir). Bu inteligentlərin sözün gətirmə heç aralığa; Oları görmək istəsən, şərabı gör, qumarı gör! M.Ə.Sabir. [Rüstəm bəy Məşədi İbada:] ..Birisi qəzetəçi Rzadır ki, tanıyırsan. Biri də .. inteligent Həsəndir ki, onu tanımazsan. Ü.Hacıbəyov.
Paylaşın - Hamı bilsin
|