İzahlı lüğət

İSTİNTAQ

is. [ər.] hüq. Cinayətlə əlaqədar məsələni aydınlaşdırmaq üçün aparılan sorğu-sual; söylətmə, soruşma, dindirmə, ifadə alma (müttəhimdən, şahiddən). Zeynal başını aşağı salmışdı. Ilk istintaqda söylədiyi bir sözü dana bilməyəcəkdi. S.Hüseyn. Istintaq qurtardı, divan quruldu; Yeyən kim, tələyə düşən kim oldu. B.Vahabzadə. Istintaq xeyli uzandı. S.Şamilov. □ Istintaq etmək (eləmək) - dindirmək, soruşmaq, ifadə almaq (müttəhimdən, şahiddən). Qalındodaq, çalsaqqal bir rəis [Əjdəri] düz yarım saat istintaq elədi. S.Rəhman. [Cahangir:] ..Mən Sadıqovun adamlarını istintaq edirdim. İ.Əfəndiyev. Istintaq olunmaq - dindirilmək, soruşulmaq, ifadə alınmaq. O, il yarıma qədər müxtəlif dustaqxanalarda istintaq olunmadan qalmışdır. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed