İSTİMDADis. [ər.] köhn. İmdad göstərmə, yardıma (köməyə) çağırma. Sönük vücudu saçar hər dəm atəşin fəryad; Fəqət nə çarə! Əsərsiz bütün bu istimdad. H.Cavid. O baxışlarda çırpınan ruhum; Dilənir gözlərindən istimdad. A.Şaiq. Onların iltimas və istimdadına kimsə cavab vermirdi. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|