İSTİRAHƏTGAHis. [ər. istirahət və fars. ...gah] tənt. Dincəlinən, rahatlanan, istirahət edilən yer. [Cəmil bəy:] Mənim təbibim əcəl, istirahətgahım da məzarıstandır. H.Cavid.
□□ Əbədi istirahətgah tənt. - qəbir. Minlər, on minlərlə insanların əbədi istirahətgahları olan bu möhtərəm, müqəddəs məkan tamamilə dağılmış, onun yerində bağ, park salınmışdı. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|