İzahlı lüğət

İSTİOT

is. 1. bot. Tropik bitki və onun dadı kəskin yandırıcı dənələr şəklində olan meyvəsi. Qara istiot. - Istiot cinsinin qara istiot növü. Cənub-Şərqi Asiyanın tropik ölkələrində və Malay adalarında bitən, sarmaşan bitkidir. M.Qasımov.
Bibər. Acı bibər. Bolqar bibəri. Həmin bitkilərin toxumlarından toz halında hazırlanan ədviyyə. Xörəyə istiot vurmaq. Bozbaşın istiotu çoxdur. - Gülşən qazanın qapağını qaldıranda istiot və toyuq ətinin iyi budkanı bürüdü. M.Süleymanov.
məc. Tündlük, acılıq, kəskinlik, hirs, qəzəb mənasında. Amma mən deyirəm ki, belə millətpərəstliyin istiotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. C.Məmmədquluzadə. [Gödək kişi] dik-dik Qədirin üzünə baxdı. Istiot kimi tünd cavab verdi. Mir Cəlal.
□□ Istiot dadmaq - bərkə-boşa düşmək, həyatın acılıqlarını dadmaq, ağır günlər keçirmək. [Salman kişi:] Siz xoşbəxt adamlarsınız, .. istiot dadmamısınız, .. hər şeyin hazırına gəlibsiniz. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed