İzahlı lüğət

İBRƏT

[ər.] Ağır, pis bir hadisədən, işdən alınan dərs. Olmuş bizə qismət bu yəqin, ruzi-əzəldən; Ibrət bizə yox, halətidünyanı görəndə. Aşıq Aslan. □ İbrət almaq (eləmək, götürmək) - bir işdən, hadisədən dərs almaq, özü üçün nəticə çıxarmaq, nümunə götürmək, öyrənmək. Böyüyü döy ki, kiçik ibrət alsın. (Ata. sözü). Gəl, könül, bir ibrət al, bu gərdişi-dövrana bax! M.V.Vidadi. Ey oğul, murdən götür ibrət; Get, ağır işdə işlə qeyrət ilə. M.Ə.Sabir. İbrət dərsi almaq - b a x ibrət almaq. Doğrudur, cənab general! - dedim, 11-ci ilin hadisəsindən biz bir ibrət dərsi alacağıq. M.S.Ordubadi. Işlərə açıq baxıldığı üçün iclas salonunda iştirak edən bütün vətəndaşlar məhkəmənin çıxardığı bu hökmdən bir ibrət dərsi alırlar. (Qəzetlərdən). İbrət dərsi vermək- bax dərs vermək (“dərs”də). Bu yaramazların kökünü kəsib, hamıya ibrət dərsi vermək lazımdır. M.Hüseyn. İbrət olmaq - b a x dərs olmaq (“dərs”də). [Hacı Qara:] Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar. M.F.Axundzadə. [Musa:] Bu gün sizə öylə bir cəza verməliyim ki, bundan sonra hər kəsə ibrət olsun.. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed