
İÇKİis. İçilən spirtli mayelər. Spirtli içkilər. Şirin içkilər. - Bir müsəlman ki bir rus məclisinə düşərdi, öldürsəydin də, bir qətrə içki dilinə vurmazdı. C.Məmmədquluzadə. Axır vaxtlarda Yusif əlinə düşən pulu içkiyə verib, tez-tez məst olurdu. S.S.Axundov.
Paylaşın - Hamı bilsin
|