İKİLİKDƏzərf İkisi bir yerdə, iki nəfər
birlikdə, üçüncü şəxsin iştirakı olmadan. Məsələni ikilikdə danışarıq. - Heç vaxt [Bəşir sözündən] qaça bilməz, burada ikilikdə qət etmişik. S.S.Axundov. Onları ikilikdə buraxsan, bülbül kimi dil açıb ürək dastanlarını, kim bilir, necə mənalı və dadlı sözlərlə danışardılar. Mir Cəlal. ..Teymurla Güldəstə ikilikdə qalmışdılar. H.Seyidbəyli. Paylaşın - Hamı bilsin
|