İzahlı lüğət

İKİQAT

1. sif. Bir-birinə uyğun, yaxud yekcins iki hissədən ibarət. İkiqat parça. İkiqatpəncərə. - [Şahsənəm xala] çadrasını ikiqat eləyib atdı başına.. E.Sultanov. Sərəncam bacı başında ikiqat çarşab oğlunu dolandırıb gəzdirirdi.. Çəmənzəminli. Çamadanın dibi ikiqat idi. S.Rəhman.
2. zərf İki dəfə çox, iki dəfə artıq. [Hacı Fərəc:] ..Təzə müştərilər çıxıb, ikiqat qiymət verməyə hazırdırlar.. N.Vəzirov. Bu göyərçin mənim üçün ikiqat əzizdir.. M.Rzaquluzadə.
□□ İkiqat etmək - bir şeyi bir-birinə uyğun tərzdə qatlamaq, bükmək. Kəlağayını ikiqat edib başına örtdü. - [Cəfərqulu] başından papağını çıxardıb ikiqat edəndən sonra alnının tərini sildi və bu cür sözə başladı. Qantəmir. İkiqat olmaq (əyilmək, bükülmək) - 1) təzim etmək, əyilərək salam vermək. İkiqat olub ədəblə bəyə baş vurardı kasıb; Var idi vəfalı kasıb, var idi həyalı fələ! M.Ə.Sabir; 2) yaltaqlanmaq, alçalmaq, baş əymək. Havaxtadək olacağıq ikiqat. Q.Zakir. [Ramazan:] İndi elə vaxt deyil ki, buruq ustası olmaq üçün otuz-qırx il külüng çalasan, onun-bunun qabağında ikiqat əyiləsən. M.Hüseyn; 3) əyilmək, bükülmək, belini əymək. Mahmud əmi ikiqat bükülüb bir neçə dəfə başını gah daşın bu böyrünə, gah o böyrünə sallayıb diqqətlə haman nöqtəyə baxırdı. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed