İLAHƏis. [ər.] Antik mifologiyada və bəzi dinlərdə; qadın cinsli allah. Qədim Yunanıstanda şüəra sinfi bir qissə və hekayət yazmaq istədikləri əsnada “Muza “adlı teatr ilahəsinə rücu edib ondan kömək və mədəd dilərdilər. F.Köçərli. [Qızlar:] Çıxar Olimpə şadman; Ən işvəkar ilahələr. H.Cavid. Biri deyir ki, sənət təbiətin səsidir; Biri deyir ki, sənət eşqin ilahəsidir. Vahabzadə. // Canan, məhbubə, məşuqə, dilbər; eşq pərisi. [İlyas] bahar möcüzələrinin qolları arasına girərək bələyindən çıxmış şeir ilahəsinin qolları arasında nazlanırdı. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|