İzahlı lüğət

İQTİSADİ

sif. İqtisadiyyatla bağlı olan, təsərrüfata aid olan. Ölkələr arasında iqtisadi əlaqə. Iqtisadi məsələ. Iqtisadi böhran. Iqtisadi qanunlar. Iqtisadi həyat. - “Kəşkül” hər məsələdən yazırdı, iqtisadi, ictimai, siyasi, ədəbi mövzuları işıqlandırırdı. M.İbrahimov. Xalq təsərrüfatımızınn ümumi inkişafında yaylaqlarımızın, mədən-müalicə sularımızın, kurortlarımızın iqtisadi əhəmiyyəti böyükdür. Ə.Vəliyev. // İqtisadiyyatın öyrənilməsi ilə bağlı olan. Iqtisadi jurnal. Iqtisadi coğrafiya. Iqtisadi ədəbiyyat. Iqtisadi tədqiqat.
□□ Yeni iqtisadi siyasət iqt. - Sovet Rusiyasında keçid dövründə proletar diktaturasının həyata keçirdiyi təsərrüfat siyasəti (sosializm qurulması mənafeyinə xidmət edən bu siyasət dövründə hakim mövqelər dövlət əlində olmaqla, kapitalizmə və azad ticarətə yol verilirdi).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed