İTKİNsif İtmiş; xəbərsiz, soraqsız yox olan, yoxa çıxan. Öldü Ziyad xanım, Mahmudum itdi; O itkin Mahmudun atasıyam mən. Aşıq Kərəm. // İs. mənasında. Bir mürüvvət eylə, alagöz şahım! Bir qərib itkinəm, yoxdur pənahım. Aşıq Rəcəb. □ İtkin düşmək - 1) xəbərsiz, soraqsız itmək, yox olmaq. [Dərviş:] ..Məni nahaq yerə dolaşdırdılar, durmadım, itkin düşdüm. A.Divanbəyoğlu. Itkin düşdüyümü zənn edib, anama məktub yazacaqlar. Mir Cəlal; 2) yox olmaq, itmək, aralıqda itib-batmaq. Qiymətli əsərlərin itkin düşməsi, məncə, sizin kimi böyük rəssamı daha çox həyəcanlandırmalıdır. M.Hüseyn. İtkin getmək - b a x itkin düşmək 1-ci mənada. İtkin olmaq
yox olmaq, itmək, itib-batmaq. Ölsün, itkin olsun belə əğyarı; Gəzməsin arada yaman, bəri bax. M.P.Vaqif. Ol keçən dəmləri hanı Zakirin; Itkin olub adı-sanı Zakirin. Q.Zakir. İtkin salmaq - itkin düşməsinə səbəb olmaq. Paylaşın - Hamı bilsin
|