İzahlı lüğət

İTMƏK

f 1. Yoxa çıxmaq, qeyb olmaq. [Koroğlu:] Nigar, Düratın itməyi; Yandırır məni, yandırır. “Koroğlu”. // Azmaq, azıb qalmaq, başqa yerə düşmək. [Səriyyə və uşaqlar] bu qarışıqlığın, bu qaynar bataqlığın içində itməkdən qorxaraq, bərk-bərk bir-birinin əlindən tutur(lar). M.İbrahimov. Gözdən itmək - görünməmək, görünməz olmaq, çəkilmək, yox olmaq. Bağır həmişə gülümsəyəndə gözünün qarası itərdi. Çəmənzəminli. Şirzad yavaş-yavaş addımlayaraq yastı-yapalaq kənd evlərinin arasında itdi. M.İbrahimov. // Gizlənmək, örtülmək. Ay buludlar altında itdi. □ İtibbatmaq - 1) yox olmaq, yoxa çıxmaq, məhv olmaq, itmək. O gedən uşaq itib batdı. Hər gün itib-batmadadır xanları; Mollaları, şeyx və işanları.. Ə.Nəzmi; 2) görünməz olmaq, gözdən itmək, yox olmaq. Yolun alt-üstündəki kövşənlərdə küləş göy otun içində itib-batmışdı. Ə.Vəliyev. O, bəzən dalğaların arasında itib-batır, sanki bir müddət suyun altı ilə gedir. M.Rzaquluzadə. [Carçıyevin] gözləri qırışlar arasında daha da kiçilib, dərin çuxurlarda itib-batdı. İ.Hüseynov; 3) tamamilə yox olmaq, puç olmaq, heç bilinməmək. [Rüstəm:] Mənim ağlım belə kəsir ki, sənin savadın gərək itibbatmasın. S.Rəhimov. İtib getmək başqa şeylər içərisində, arasında qeyb olmaq. Hər şey dəniz kimi bərq vuran bir sərab içində itib gedirdi. İ.Əfəndiyev; 2) bir yerə gedib qayıtmamaq, yoxa çıxmaq. Iki saatdır hara itib getmisən? 3) yox olmaq, yoxa çıxmaq. Pirkətanqulu pirinin şöhrəti və nüfuzu xalqın içində yavaş-yavaş bilmərrə itib getdi. E.Sultanov. İtib yox olmaq - yoxa çıxmaq. [Dostəli:] Tamam neçə aydır ki, şəhərimizin adamları itib yox olur. Ü.Hacıbəyov. Əvvəlki keyfiyyəti yox olmaq. Yuyulandan sonra parçanın rəngi itib. Yaşa dolduqca gözün nuru itir. - Amma gənclik keçəndən, qocalıq gələndən, bədəndə təravət itəndən .. sonra, elə bil [Mirzə Cavadın] isti başına soyuq su töküb qəflətdən ayıltdılar. Mir Cəlal.
məc. Puç olmaq, heçə çıxmaq, hədər getmək, boşa çıxmaq. Vaxtım itir. Yaxşılıq itməz. Əməyi itmək. - Bizim dünyamızda itməz zəhmətin; Həyatın qəlbidir şerin, sənətin! S.Vurğun.
məc. İçində sözü ilə: ...içində itmək -bir şeyin bolluğunu, çoxluğunu bildirir. Qızıl içində itmək. Ipək içində itmək. - Müqim bəy vurnuxur, zər-ziba içində itən Zərintac xanımın mərhəmətini qazanmaq istəyirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed