İzahlı lüğət

İTTİHAD

is. [ər.] köhn. 1. Birləşmə, birlik, ittifaq. Sən o deyilmidin, dedin: - Var bizim ittihadımız? Mən də yadında var, dedim: - Yox buna etimadımız. M.Ə.Sabir. // Həmfikirlik, yekdillik, həmrəylik, əlbirlik. □ İttihad etmək - birləşmək, birlik, ittifaq yaratmaq, həmrəy olmaq, həmfikir olmaq. Doğru bir ittihad etməsək biz; Birliyə etiqad etməsək biz; Bizdə şərti-üxüvvət olurmu? M.Ə.Sabir.
2. İttihad ilə, ittihadla şəklində zərf
birləşərək, birlikdə, həmrəyliklə, yekdilliklə, ittifaqla. İttihad ilə, ittifaq ilə; Üzünü hər məkanda ağ eylə. S.Ə.Şirvani. Xülasə, İnmirə məhəlləsinin camaatı.. artıq dərəcədə cidd-cəhd edər və öz arasında böyük ittihadla iş görərdi. N.Nərimanov. Bir-birimizə piyalə, qədəhi; İttihad ilə uzatdıq bu gecə! Ə.Nəzmi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed