İzahlı lüğət

İY1

is. Maddələrin, şeylərin burun qişasının xüsusi sinirlərinə təsir etmə xassəsi. Kəskin iy. İy duymaq. Onun burnu yaxşı iy bilir. - Güllərin ətri otların iyinə qarışıb, ətrafa saçılmaqda idi. T.Ş.Simurq. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal.
□□ İy a1maq - 1) harada olduğunu duymaq, izinə düşə bilmək, axtarıb tapmaq. ..Jandarm idarəsi iy almaqda ov tulasından belə həssasdı. M.Hüseyn. İyinizi alıblar! Ceyran çox həssas heyvandır, - deyə Almurad baba bizi başa saldı. İ.Əfəndiyev; 2) xörək, gül və ya xarab olan bir şeyin qoxusunu hiss etmək. ..Leylək bir qədər gedəndən sonra, cızbız iyi aldı. S.Rəhimov. İy çəkmək - bax iy a1maq. İy çəkirlər tulatək ta ki, görüb harda var aş; Kimdə var ağca plov, hər gecə yağlı bozbaş. S.Ə.Şirvani. Burada Zeynal dayanıb, burnunu sağa-sola döndərərək iy çəkdi. Ə.Əbülhəsən. İy götürmək (basmaq) - hər tərəfə iy yayılmaq. İy vermək - 1) iylənmək, qoxumaq. Ət iy verir; 2) dan. üstüörtülü, eyhamlı, ikibaşlı söz, danışıq haqqında. Sənin sözün iy verir. İy(i) burnundan getməmək
xoş qoxulu bir şeyin ətrini daim hiss etmək, duymaq. Sən bu yerin canısan; Sultanısan, xanısan; İyin burnumdan getməz; Təbrizin reyhanısan. (Bayatı).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed