İYİRMİBEŞLİK1. is. İyirmi beş manatlıq kağız pul. Iyirmibeşliyi xırdalamaq.
sif İyirmi beş nömrəli. Iyirmibeşlik lampanın şöləsi naqanın qara sümük zağlı lüləsini, topunu işıqlatdı. Ə.Əbülhəsən. Səqfdən asılan iyirmibeşlik bir lampa buranı güclə işıqlandırırdı. P.Makulu. sif İyirmi beş ədəd tutan. [Qurban:] Al bu pulu, bu saat yüyür, bir paçka iyirmibeşlikpapiros al. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|