İzahlı lüğət

İYNƏLƏMƏK

f 1. İynə batırmaq, ucu şiş bir şey batırmaq; sancmaq. İynə ilə bədənə dərman yeritmək, iynə vurmaq. [Uşaq dedi:] Doktor, məni də iynələ! Mir Cəlal. İynə ilə tikmək, yamamaq və s. Yorğanın cırığını iynələmək.
Sancaqlamaq, bir-birinə bənd etmək, rəbt etmək. Kağızları iynələmək.
məc. Sancmaq, acılamaq, qəlbinə toxunmaq, toxunan sözlər demək. [Əlyarov:] Düzələn adam deyil. Əvvəldən vardı hüsncamalı, indi olub dəli Bayramalı! - deyə o yenə Xəlili iynələdi. M.Hüseyn. Gülşən Eyvazı sevdiyini nə qədər gizlətsə də, qızlar bunu duyur, Gülşəni iynələməyə çalışırdılar. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed