İYNƏLİsif 1. İynəsi olan (b a x iynə 3, 4, 5 və 6-cı mənalarda).
2. məc. Kinayəli, istehzalı, qəlbə toxunan, acı. [Əşrəf Zəkinin iynəli sözlərini xatırladıqca nəşəsizliyi daha da artır. A.Şaiq. [Müqim bəy Cavanşirə:] Axı, mən heç bilmirəm, bu iynəli sözlər haradan sənin beyninə giribdir. S.Rəhimov. Güldüm, dedim: Nə yaman; Iynəli diliniz var; Uşaqlar, ay uşaqlar! R.Rza. Paylaşın - Hamı bilsin
|