İzahlı lüğət

İZDİHAM

is. [ər. ] Bir yerə çoxlu camaat yığılması, çox qələbəlik, böyük camaat kütləsi. Cümə günü olduğu üçün hər tərəfdə böyük bir izdiham vardı. S.Hüseyn. Körpüdə izdiham çox idi.. T.Ş.Simurq. Adamın ucu-bucağı yox idi, izdiham sel kimi axırdı. C.Cabbarlı. // Çoxlu adam yığılmış yer, tünlük, basırıq, qələbəlik. Sabahdan Mehdi bəyin evində böyük izdiham var idi. Çünki Şəban Gülsümü onun evinə gətirmişdi. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed