İZDİHAMLIsif. Qələbəlik, tünlük, basırıq, çoxlu adam olan. Izdihamlı yer. Izdihamlı mitinq. - [Ceyran:] ..Izdihamlı şəhər küçələrində səndən qaçmağım qorxudan deyildi. S.Hüseyn. Arvad nədir, belə izdihamlı yer nədir? T.Ş.Simurq. Yunis həyət qapısından şəhərin geniş, izdihamlı küçələrinə çıxdı. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|