
JALƏis. [fars.] 1. Şeh, şəbnəm. Güldü gül, açıldı nərgiz, lalə doldu jalədən. Füzuli. Bitir çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi düşər ot üstə jalələr. Səhhət. Səhər zamaniydi, əsərkən yellər; Düşərkən jalələr oyatdı səni. Ə.Cavad.
məc. Göz yaşı mənasında. Çün gəldi özünə, qıldı nalə; Yağdırdı xəzanı üzrə jalə. Füzuli. Zaman silər ürəklərdən naləni; El unudar göz yaşını, jaləni. S.Rüstəm. Paylaşın - Hamı bilsin
|