İzahlı lüğət

J (ID - 19965)

Azərbaycan əlifbasının on beşinci hərfi. bax je.

JAKET (ID - 19966)

is. [fr.] Qısa qadın üst paltarı. Jaket geymək. Jaket isti saxlayır. - Jaketinin altından yaxalığı salınmadan geyäiyi köynəyin yaxası nəzəri-diqqəti cəlb edirdi. S.Hüseyn. [Firuzə] əlini dirsəkdən ilməsi qaçmış sarımtıl,...

JALƏ (ID - 19967)

is. [fars.] 1. Şeh, şəbnəm. Güldü gül, açıldı nərgiz, lalə doldu jalədən. Füzuli. Bitir çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi düşər ot üstə jalələr. Səhhət. Səhər zamaniydi, əsərkən yellər;...

JALÜZ (ID - 19968)

is. [fr.] Nazik materiallardan qayrılan qat-qat pəncərə pərdəsi.

JANDARM(A) (ID - 19969)

is. [fr.] 1. Jandarmeriyada xidmət edən polis məmuru. ..Əziz bəy jandarma gücü ilə bizi əsir kimi dübarə Hacıxoşoya qaytarıb.. C.Məmmədquluzadə. [Birinci işçi:] Nikolay taxta çıxıb gəlsə yarın; Ona jandarma olurdun.. H.Cavid....

JANDARMALIQ (ID - 19970)

bax jandarmeriya.

JANDARMERİYA (ID - 19971)

JANR (ID - 19972)

[fr.] 1. İncəsənətin hər hansı bir sahəsində süjet və üslub cəhətdən səciyyəvi olan əsərlər növü. Roman janrı. Epik janr. // Məişət mövzusunda çəkilən şəkil. Sərgidə nümayiş etdirilən əsərlər janr və mövzu etibarilə...

JANRİ (ID - 19973)

ST [fr. genre-dən] Məişət mövzusunda şəkillər çəkən rəssam.

JARQON (ID - 19974)

[fr.] dilç. Ümumxalq dilindən ayrılan və öz spesifik söz və ifadələri ilə ondan fərqlənən müəyyən ictimai və ya peşəkar qrupunun danışdığı dil. // Yalnız müəyyən ictimai qrup içərisində başa düşülən şərti dil.

JE (ID - 19975)

“J” hərfinin və bu hərflə işarə olunan samitin adı.

JELATIN (ID - 19976)

[fr.] Məhlulu soyudulduqda həlməşik hala keçən üzvi zülali maddə (texnikada, fotoqrafiyada, təbiətdə və s.-də işlənir).

JELATİNLƏŞDİRİLMƏ (ID - 19977)

“Jelatinləşdirilmək” dən f.is.

JELATİNLƏŞDİRİLMƏK (ID - 19978)

məch. kim. Üzvi zülali maddənin məhlulunu soyutmaqla həlməşik halına salınmaq.

JELATİNLƏŞMƏ (ID - 19979)

"Jelatinləşmək” dən f.is.

JELATİNLƏŞMƏK (ID - 19980)

f. kim. Üzvi zülali maddənin məhlulu soyuyaraq həlməşik halına düşmək.

JELE (ID - 19981)

is. [fr.] Meyvə şirələrindən hazırlanan həlməşik desert yeməyi.

JELONKA (ID - 19982)

JELONKAÇI (ID - 19983)

is. köhn. Keçmişdə jelonka ilə quyudan neft çəkən fəhlə.

JELONKAÇILIQ (ID - 19984)

is. köhn. Jelonka ilə quyudan neft çəkən fəhlənin işi, peşəsi.

JENŞEN (ID - 19985)

[çin.] bot. Uzaq Şərqdə bitən və kökündən təbabətdə istifadə edilən ot bitkisi. Vətəni Uzaq Şərq olan jenşen bitkisinin kötüyündə qiymətli dərman maddəsi olur.

JEST (ID - 19986)

[fr.] 1. Əl-qol hərəkəti.
2. məc. Nəzərə çarpdırmaq üçün görülən iş, edilən hərəkət.

JETON (ID - 19987)

[fr. ] 1. Metal nişan; medal.
2. Metal marka. Kassadan alınan çeki dəmir jetonu avtomata salmaq lazımdır.

JİLET (ID - 19988)

[fr.] Pencək və s. altından geyilən qısa, qolsuz və yaxasız geyim. Hər kəs yaxalığını, vizitkasının ətəklərini, jiletinin düymələrini sahmanladı. M.S.Ordubadi. Teymur
müəllim balaca, arıq bir kişi idi. Əyninə köhnə modalı...

JİLETKA (ID - 19989)

bax jilet. Rzaqulu xan bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub, Iran kəndlilərinin üryanlığını təsvir edirdi. M.S.Ordubadi.

JİLETLİ (ID - 19990)

sif. 1. Jileti olan. Jiletli kostyum.
2. Jilet geymiş, əynində jilet olan. Jiletli kişi.

JİLETLİK (ID - 19991)

sif Jilet üçün yarayan.

JİRO (ID - 19992)

is. [ital.] 1. Nağd olmayan hesab növü.
2. Həvalə qeydi, indossament.

JİRONDA (ID - 19993)

[fr.] tar. XVIII əsrdə Fransa burjua inqilabı dövründə iri burjuaziyanın mənafeyini əks etdirən və əksinqilab tərəfinə keçmiş olan siyasi qruplaşma [Fransanın Jironda (Dironde) departamentinin adından].

JİRONDİST (ID - 19994)

[fr. Dironde-dən] tar. Jironda partiyasının üzvü, jironda tərəfdarı.

JİROVKA (ID - 19995)

[rus. ital. giro-dan] mal. Qarşılıqlı borcun ödənilməsi haqqında haqqhesab əməliyyatı və bu əməliyyat üçün əsas olan sənəd.

JİTİYE (ID - 19996)

is. [rus.] Müqəddəslərin tərcümeyi-halı.

JMIX (ID - 19997)

is. [rus.] Yağlı bitkilərin yağı çıxarılmış toxumlarının qalığı. Jmıx unu (üyüdülmüş, un halına salınmış jmıx). - Çiyidin yağı çıxarıldıqdan sonra yerdə qalan maddədən hazırlanan jmıxda 40-43% zülali maddə və müəyyən...

JMIXDOĞRAYAN (ID - 19998)

sif və is. k.t. Jmıxı doğrayıb xırdalayan (maşın).

JOKEY (ID - 19999)

[ing.] Cıdırda, çapışmada peşəkar sürücü, minici. Istəyir ki, belindəki; Yarışlarda nəmər alan jokey deyil; Vuruşlarda zəfər çalan igid olsun! B.Vahabzadə.

JONQLYOR (ID - 20000)

[fr.] Əlləri ilə bir neçə şeyi məharətlə atıb-tutan sirk artisti.

JONQLYORLUQ (ID - 20001)

is. 1. Jonqlyorun (sirk artistinin) işi, peşəsi.
məc. Hoqqabazlıq. Jonqlyorluq etmək.

JÜLİK (ID - 20002)

[rus.] Xəspuş, cibgir, oğru; fırıldaqçı. [Həsən:] Adlarını ağa qoyublar, hamısı julikdirlər, julik!.. Ə.Haqverdiyev. Hanı o .. dükançı Hüseyn? Ədə, o yaman julik, yaman adam.. A.Şaiq. [Nemətullayev:] Hərçənd siz [Qiyasəddin]...

JULİKLİK (ID - 20003)

is. Xəspuşluq, cibgirlik, fırıldaqçılıq.

JURNAL (ID - 20004)

[fr. journal] 1. Kitabça şəklində nəşr edilən dövri məcmuə. Aylıqjurnal. Tibb jurnalı. Moda jurnalı. Ədəbiyyat jurnalı. Bu axır vaxtlarda müsəlman qəzetləri və müsəlman jurnalları övrətlərimizə dair bir para məqalələr yazıblar....

JURNALİST (ID - 20005)

[fr. journal-dan] Jurnalistika ilə məşğul olan peşəkar ədəbi işçi. Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov eyni zamanda məşhur bir jurnalist olmuşdur. - Azərbaycan mətbuatı tarixində [C.Məmmədquluzadə] böyük və...

JURNALİSTIK (ID - 20006)

bax jurnalistlik.

JURNALİSTİKA (ID - 20007)

[fr. joumal-dan] 1. Jurnallarda, qəzetlərdə ədəbi-publisistik fəaliyyət. Jurnalistika ilə məşğul olmaq. - “Molla Nəsrəddin “birinci olaraq bizdə satirik xarakter daşıyan jurnalistika məktəbi yaratmışdır. M.İbrahimov.
top....

JURNALİSTLİK (ID - 20008)

JÜRİ (ID - 20009)

[fr. jury] Konkurslarda, yarışlarda, sərgilərdə və s.-də mükafat təyin edən mütəxəssislər heyəti; həkəm. [Kamil:] ..Mən jürinin üzvüyəm, konkursda iştirak edə bilmərəm. M.Süleymanov. [Qurban Pirimov] respublikanın bir çox...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed