
JÜLİK[rus.] Xəspuş, cibgir, oğru; fırıldaqçı. [Həsən:] Adlarını ağa qoyublar, hamısı julikdirlər, julik!.. Ə.Haqverdiyev. Hanı o .. dükançı Hüseyn? Ədə, o yaman julik, yaman adam.. A.Şaiq. [Nemətullayev:] Hərçənd siz [Qiyasəddin] biz kooperatoru kişi hesab eləmirsiniz, ancaq biz də kişiyik, biz julikdeyilik. S.Rəhimov. Çıxdı sədheyf əlimizdən ol ədalət kani; O juliklər yatağı, köhnə Quba meydani. Ə.Vahid.
Paylaşın - Hamı bilsin
|