İzahlı lüğət

KABİNƏ

[fr.] 1. Budka şəklində kiçik otaq. Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük maşınının kabinəsi. Telefon kabinəsi. - Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə. M.Rahim. Mədəd zor-güc Gülşəni kabinədə oturtdu. Ə.Vəliyev.
Bax kabinet 2-ci mənada. Nazir onları öz kabinəsində qəbul etdi. S.Hüseyn. Səhnədə müstəntiqin kabinəsi qarşısındakı otaq göstərilir. S.Rəhman.
Bax kabinet 6-cı mənada. [Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed